"Qarabağ" və "Neftçi" milyonlarla pul aldı – UEFA-dan

17 Sentyabr 2021 14:20 Hadisə 1 204
"Qarabağ" və "Neftçi" milyonlarla pul aldı – UEFA-dan

“Neftçi” və “Qarabağ”a cari mövsüm avrokuboklarda iştirakları qarşılığında UEFA-dan maliyyə vəsaiti ayrılıb.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, vəsait milli assosiasiyanın vasitəçiliyi ilə hər iki klubun hesabına köçürülüb.

“Neftçi” Çempionlar Liqasındakı çıxışı səbəbindən 1 210 000 avro, “Qarabağ” isə Konfrans Liqasındakı oyunlarına görə 3 000 000 avro qazanıb.

Ağdam təmsilçisi həmçinin əmsallar cədvəlinə görə 934 500 avro əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti