Ronaldo mənzilini dəyişdi – Qoyunlara görə

16 Sentyabr 2021 22:00 Hadisə 1 965
Ronaldo mənzilini dəyişdi – Qoyunlara görə

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo mənzilini dəyişmək məcburiyyətində qalıb.

Sportinfo.az xəbər verir ki, Ronaldo Premyer Liqaya qayıtdıqdan sonra Mançesterdə villa almışdı.

Bu villaya görə 7 milyon avro ödənilmişdi.

Amma futbolçunun ailə üzvləri burda rahatlıq tapa bilməyiblər. Onları narahat edən isə qoyunlar olub. Bu ərazidə qoyunların sayının çox olması, xüsusən də gecələr ailəni narahat edib.

Buna görə də, futbolçu mənzili dəyişməyə qərar verib. Özü də yeni mənzil Ronaldoya iki dəfə ucuz başa gəlib.

Digər Xəbərlər
Xəbər Lenti