Məşhur futbolçu meydana çıxsa, həbs olunacaq - Nazirlikdən qadağa 

13 Sentyabr 2021 12:20 Hadisə 606
Məşhur futbolçu meydana çıxsa, həbs olunacaq - Nazirlikdən qadağa 

“Arsenal”dan ayrılaraq “Korintians”a keçən Villian bir müddət meydana çıxa bilməyəcək.

Sportinfo.az xəbər verir ki, buna səbəb Braziliya Milli Sağlamlıq Nəzarəti Agentliyinin tətbiq etdiyi qadağadır.

Məlumata görə, Villianın “Atletiko Qoiyaniens”lə oyunda meydana çıxacağı planlaşdırılıb.

Amma agentlik bildirib ki, futbolçu 14 gün karantində olmalıdır. Agentliyin bəyanatında qeyd olunub ki, əgər futbolçu meydana çıxsa, həbs olunacaq.

İngiltərədən Braziliyaya qayıdan hər bir kəsin 14 günlük karantinə alınması vacibdir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!