Azərbaycan derbisi sükutla başlayacaq

12 Sentyabr 2021 16:00 Hadisə 600
Azərbaycan derbisi sükutla başlayacaq

Bu gün Azərbaycan Premyer Liqasının üçüncü turu çərçivəsində baş tutacaq "Neftçi" - "Qarabağ" oyunu sükutla başlayacaq.

Sportinfo.az-ın məlumatına görə, komandalar start fitindən öncə bu gün dünyasın dəyişən Azərbaycanın veteran futbolçusu Yaşar Babayevi bir dəqiqəlik sükutla yad edəcəklər.

1966-cı ildə "Neftçi"nin heyətində SSRİ çempionatının bürünc medalını qazanmış Y.Babayev 80 yaşında dünyasını dəyişib.

Yaşar Babayev 1963-1971-ci illər ərzində “Neftçi”nin heyətində 219 oyunda meydana çıxıb.

Allah rəhmət eləsin!

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"