Azərbaycandan gedən futbolçunun evi dağıldı – İndi pul yığa bilmir

12 Sentyabr 2021 12:40 Hadisə 1 243
Azərbaycandan gedən futbolçunun evi dağıldı – İndi pul yığa bilmir

"Qarabağ"ın sabiq legioneri Donald Gerye böyük faciə ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, haitili futbolçunun ailəsinin yaşadığı ev ölkədəki güclü zəlzələ nəticəsində tamamilə dağılıb.

Hazırda Polşada olan 32 yaşlı yarımmüdafiəçi yerli azarkeşlərdən kömək istəyib. O, soydaşlarına yardım məqsədilə onlayn mətbuat konfransı təşkil edib.

Futbolçunun hədəfi 20 000 ABŞ dolları toplamaqdır. Gerye bütün məbləği zəlzələdən zərərçəkənlərə verəcək. Lakin indiyədək 300 ABŞ dollarından az pul yığılıb.

Donald Gerye 2017-2019-cu illərdə də "Qarabağ"da çıxış etdikdən sonra "Neftçi"yə keçib. O, 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb.

Son klubu Kipr "Apollon"u olan futbolçu hazırda azad agentdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"