Daha bir bölgə komandası çempionatda çıxış etməli olmadı

3 Avqust 2021 17:40 Hadisə 907
Daha bir bölgə komandası çempionatda çıxış etməli olmadı

“Şahdağ”ın əsas komandası fəaliyyətini dayandırıb.

Sportinfo.az-ın məlumatına görə, bu, “Azinko”nun sson qərarıdır.

Şirkət 2004-cü ildən maliyyələşdirdiyi Qusar klubu ilə bağlı yeni tədbirlər planı tərtib edib.

Buna əsasən, “Şahdağ” yalnız uşaq futbolunda mövcudluğunu saxlayıb. Bir neçə aşağı yaş qrupu ölkə çemionatında çıxış edəcək, “A” komanda isə Region Liqasında mübarizə aparmayacaq.

Şirkət maliyyə çatışmazlığı ilə üzləşməyib, yəni, “Şahdağ”ın belə vəziyyətlə üzləşməsinin səbəbini başqa yerdə - Kamran Əlibabayevdə axtarmaq lazımdır. “Azinko” onun baş məşqçi kimi burada çalışmasını istəmir.

Şirkətdə hesab edirlər ki, “Şahdağ”ın son illərdəki bütün uğursuzluqlarının səbəbkarı da, yerli azarkeşləri onların üstünə qaldıran da odur.

Digər Xəbərlər
Xəbər Lenti