Fransa millisinin azərbaycanlı boksçusu hakimləri təhqir etdi – VİDEO+FOTOLAR

1 Avqust 2021 17:00 Hadisə 963
Fransa millisinin azərbaycanlı boksçusu hakimləri təhqir etdi – VİDEO+FOTOLAR

Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyev Tokio Yay Olimpiya Oyunlarını qalmaqalla tərk edib.

Sportinfo.az xəbər verir ki, 91 kq-dan yuxarı çəki dərəcəsindəki 26 yaşlı idmançı Böyük Britaniya təmsilçisi Freyzer Klarka 1/4 final görüşündə uduzduqdan sonra rinqi tərk etmək istəməyib.

Referi onun döyüş vaxtı Klarka kəllə atdığını və nəticədə rəqibinin başından qan açıldığını bildirib. Bu səbəbdən, Fransa təmsilçisi cəzalandırılaraq, məğlub elan edilib.

Lakin Əliyev rinqi tərk etməkdən imtina edib və nümayişkənarə hərəkətlərə əl atıb. O, narazılıq bildirib, söyüş söyüb və qeyri-etik jestlər göstərib.

Tokio-2020-də boks yarışının təşkilatçıları TASS-a deyiblər ki, Əliyev belə davranışlarına və hakimləri təhqir etdiyinə görə diskvalifikasiya oluna bilər:

"O, ciddi cəzalana və diskvalifikasiya oluna bilər. Məsələ ilə bağlı qərar yaxın vaxtlarda qəbul olunacaq".

Murad Əliyev gümüş medal qazandığı Minsk-2019 II Avropa Oyunları vaxtı "report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşına verdiyi müsahibədə özü barədə geniş danışıb.

O, atasının bərdəli, anasının ağdamlı olduğunu, özünün isə Rusiyanın paytaxtı Moskvada doğulduğunu bildirib: “Moskvada doğulsam da, sonradan atamın biznes fəaliyyəti ilə bağlı Fransaya köçmüşük.

Altı yaşımdan orada böyümüşəm və boksla məşğul olmağa başlamışam. Vətəndaşlıq alandan sonra Fransa yığmasının üzvü oldum. Evimizdə hamı Azərbaycan dilində danışır”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"