Ronaldonu təhqir edən diktor CAVABINI ALDI

31 İyul 2021 15:40 Hadisə 567
Ronaldonu təhqir edən diktor CAVABINI ALDI

Portuqaliya Futbol Federasiyası "Yuventus"un hücumçusu Kriştiano Ronaldo haqda təhqiramiz ifadələr səsləndirən "Draqao" stadionunun diktoru Fernando Saulu cərimələyib.

Sportinfo.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.

F.Saul ötən mövsüm Çempionlar Liqasının 1/8 finalında "Portu"nun Turin təmsiçisinə 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra sosial şəbəkələrdə yazıb:

"İtalyan oğrulardan intiqam aldıq. Donuz Ronaldodan "Draqau"da etdiklərinə görə intiqam aldıq. Doloresdən (Ronaldonun anası - red) bir video gözləyirəm".

Diktor bu yazdıqlarına görə 1430 avro məbləğində cərimələnib.

"Portu" "Yuventus"la görüşlərdə iki oyunun nəticəsinə əsasən (2:1, 2:3) səfər qolu sayəsində 1/4 finala yüksəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti