Yeni yaranan klub: “Bakıda və Rusiyada çalışan iş adamlarından kömək istəmişik”

30 İyul 2021 17:00 Hadisə 1 303
Yeni yaranan klub: “Bakıda və Rusiyada çalışan iş adamlarından kömək istəmişik”

“Bu klubu yaratmaqda məqsədimiz rayon gənclərini futbola qazandırmaqdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında yeni fəaliyyətə başlayan “Yevlax 66”nın baş məşqçisi Kənan Kərimov deyib.

Onun bildirdiyinə görə, Yevlax şəhərini təmsil edəcək kollektiv yeni mövsümdən Region Liqasında mübarizə aparacaq.

«Yevlax 66» artıq yevlaxlı iş adamlarınaa müraciət ünvanlayıb. Klub sosial şəbəkə hesablar vasitəsilə maliyyə dəstəyi istəyib:

“Başqa çarəmiz yoxdur. Yerli rəsmi dairələr futbola diqqət göstərmir. Onların bu sahəyə heç marağı da yoxdur.

Ümidimiz ancaq Yexlaxdan olan biznesmenlərədir. Istər Bakıda, istər Rusiyada çalışan iş adamlarından kömək istəmişik.

Görək, qarşıdakı həftələrdə onlardan nə xəbər çıxacaq. Normal vəsait ayırsalar, biz də yaxşı komanda yaradarıq.

Yevlaxda istedadlı uşaqlar çoxdur. Onları bir yerə yığmaq olar. Hələ vaxtımız var. Region Liqası belə tez başlayana oxşamır.

Gələn 2 aydan tez başlamaz yəqin. Baxaq, ona qədər haradan səs çıxacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu