İsti əldən saldı, kortu əlil arabasında tərk etdi - VİDEO

29 İyul 2021 00:14 Hadisə 361
İsti əldən saldı, kortu əlil arabasında tərk etdi - VİDEO

İspaniyalı tennisçi Paula Badosa Tokio-2020 Yay Olimpiya Oyunlarında Çexiya təmsilçisi Marketa Vondrouşovaya qarşı 1/4 final görüşünü başa vura bilməyib.

Sportinfo.az xəbər verir ki, buna isti hava şəraiti səbəb olub.

3:6 hesabı ilə uduzduğu ilk setdən sonra qarşılaşmanı davam etdirə bilməyən Badosa kortu əlil arabasında tərk edib.

Daha əvvəl də bir neçə tennisçi Tokiodakı isti hava şəraitindən şikayətlənib.

Olimpiadada tennis yarışları iyulun 31-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı