“Keşlə”nin rəqibi “Zenit”in müdafiəçisini icarəyə götürdü

20 İyul 2021 00:00 Hadisə 355
“Keşlə”nin rəqibi “Zenit”in müdafiəçisini icarəyə götürdü

Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki "Keşlə”nin rəqibi olan “Soçi” (Rusiya) heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Zenit”dən Emanuel Mammananı icarəyə götürüb.

Bu barədə “Zenit”in mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu 2022-ci ilin yayına qədər icarə əsasında “Soçi”də çıxış edəcək.

Müdafiəçi ötən mövsümü də məhz “Soçi”də keçirib. Mammana bu komanda ilə 18 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Keşlə” "Soçi" ilə ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab matçı isə bir həftə sonra Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"