Millinin sabiq müdafiəçisi 38 yaşında intihar etdi - FOTO

19 İyul 2021 21:40 Hadisə 706
Millinin sabiq müdafiəçisi 38 yaşında intihar etdi - FOTO

Uruqvayın ikinci liqasında mübariz aparan “Vilya-Teresa”nın futbolçusu Uilyams Martines vəfat edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı uruqvaylı müdafiəçinin ölüm səbəbi açıqlanmayıb. Uruqvay mətbuatının xəbərinə görə, Martines intihar edib.

Karyerası ərzində Uruqvayda “Defensor”, “Çaçarito”, “Serro”, “River Pleyt”, Fransada “Reyms”, “Valensyen”, İngiltərədə “Vest Bromviç” kimi klublarda çıxış edən Martines Uruqvay millisi ilə 1 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti