Baş nazir: “Finalın orada olmaması üçün əlimdən gələni edəcəm”

22 İyun 2021 14:30 Hadisə 1 205
Baş nazir: “Finalın orada olmaması üçün əlimdən gələni edəcəm”

İtaliyanın Baş naziri Mario Draqi Avro-2020-nin final matçının İngiltərənin paytaxtı Londonda keçirilməsinə qarşı çıxıb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə öz açıqlamasında bildirib.

Baş nazir etirazını İngiltərədə koronavirus pandemiyasının geniş yayılması ilə əlaqələndirib: “Avro-2020-nin final matçının İngiltərədə keçirilməsinə qarşıyam.

Finalın pandemiyanın yayıldığı bir ölkədə oynanılmaması üçün əlimdən gələni edəcəm”.

Final matçı iyulun 11-də keçiriləcək. İngiltərə hökuməti Avro-2020-nin finalına görə ölkəyə gələn hər kəsi karantinə alır.

Bu da o deməkdir ki, FİFA və UEFA nümayəndələri, yayımçılar, sponsorlar da daxil olmaqla 2500 nəfər karantində qalacaq. Qitənin ali futbol qurumu isə problemi həll etmək üçün İngiltərə hökuməti ilə danışıqlar aparacağını bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti