Yalnız bir gün komandanın baş məşqçisi olacaq - MARAQLI ANLAŞMA

20 İyun 2021 15:40 Hadisə 745
Yalnız bir gün komandanın baş məşqçisi olacaq - MARAQLI ANLAŞMA

Tanınmış niderlandlı məşqçi Lui van Qal “Telstar” ilə müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, 69 yaşlı mütəxəssislə ikinci divizion təmsilçisi arasında anlaşma xeyriyyə xarakteri daşıyır.

Van Qal yalnız bir gün – mövsümün bir matçında komandanın baş məşqçisi olacaq.

Həmin görüşdə onun köməkçisi azarkeşlərdən biri olacaq və xoşbəxt fanat lotereya ilə müəyyənləşəcək.

Köməkçi məşqçi vəzifəsinə bir günlük yiyələnmək üçün keçirilən lotereyanın bilet satışından gələn qazanc “Spieren Door Spieren Foundation”a keçiriləcək.

Bu xeyriyyə fondu uşaqlarda əzələ xəstəlikləri ilə mübarizə aparır.

1977/78 mövsümündə futbolçu kimi “Telstar”da oynamış van Qal baş məşqçi karyerası ərzində “Ayaks”, “Barselona”, “Bavariya”, “Mançester Yunayted” və Niderland millisində çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti