"Qalib gələ bilmirsinizsə, ən azı uduzmamalısınız"

19 İyun 2021 11:50 Hadisə 795
"Qalib gələ bilmirsinizsə, ən azı uduzmamalısınız"

"Bu oyuna görə məyusuq. Şotlandiyanın haqqını vermək lazımdır.

Onlar cəsarətlə müdafiə olundular və yaxşı oynadılar. En azından 1 xal qazandıq. Qələbə üçün lazım olan şeyləri etmədik.

Qalib gələ bilmirsinizsə, ən azı uduzmamalısınız. Mən də daxil olmaqla, özümüzü tənqid etməliyik. Daha yaxşı oynamalıyıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda Şotlandiya ilə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.

O, sözügedən görüşdə Harri Keyni əvəzləməsinin səbəbi haqda da danışıb: "Keyni ona görə əvəzlədim ki, bizə daha çox hərəkət lazım idi. Markuş Reşford bu enerjini verə bilərdi. Buna görə də bu qərarı qəbul etdik".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"