Yığmanın qəribə məşqi gülüş doğurdu, tənqid olundu - VİDEO

19 İyun 2021 09:30 Hadisə 498
Yığmanın qəribə məşqi gülüş doğurdu, tənqid olundu - VİDEO

Sportinfo.az xəbər verir ki, Avropa çempionatında mübarizə aparan Şimali Makedoniya millisinin Ukrayna ilə C qrupunun II tur matçından öncəki məşqindən maraqlı video yayılıb.

Videodan da göründüyü kimi futbolçular əllərindəki konuslarla topu bir-birilərinə ötürməyə çalışırlar.

Görüntülərə sutka ərzində 3,5 milyon baxış olub.

18 min sosial şəbəkə istifadəçisi videonu bəyənsə də, yığmanı tənqid edənlər də çox olub. İstifadəçilərdən biri isə məşq prosesi ilə bağlı bu cür şərh yazıb:

"Qrupda niyə xalsız olduğunuzu özünüzdən soruşmağa ehtiyac yoxdur. Hətta U-13 komandaları belə, məşqə daha ciddi yanaşırlar".

Şimali Makedoniya millisi qrupda keçirdiyi 2 oyundan sonra xal qazana bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı