Məşhur idmançı ilə Ronaldo arasındakı söhbətin VİDEO görüntüləri yayıldı

14 May 2021 23:40 Hadisə 4 332
Məşhur idmançı ilə Ronaldo arasındakı söhbətin VİDEO görüntüləri yayıldı

Sosial şəbəkələrdə keçmiş UFC çempionu Konor Makqreqorla ulduz futbolçu Kriştianu Ronaldo arasında olan söhbətin videogörüntüləri yayılıb.

Sportinfo.az xəbər verir ki, video 2016-cı ildə çəkilib.

Videoda MMA döyüşçüsü Ronaldodan onun şəxsi təyyarəsi barədə soruşur.

Özünün dünyanın ən çox qazanan idmançıları siyahısında 38-ci olduğunu bildirən Makqreqor tezliklə portuqaliyalını ötərək reytinqdə birinciliyə yüksələcəyini qeyd edir.

Döyüşçü bu il verdiyi sözə əməl etməyi bacarıb və “Forbes” nəşrinin ən yüksək gəlirli idmançıları siyahısında ilk pilləyə qalxıb. Ronaldo isə reytinqdə Messidən sonra üçüncü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti