“Bu il heç nə edə bilmərik, bizi Bakıda futbol gözləyir”

13 May 2021 22:40 Hadisə 737
“Bu il heç nə edə bilmərik, bizi Bakıda futbol gözləyir”

“Azərbaycan və Türkiyədəki Qran-Prilərin vaxtının dəyişdirilməsi barədə söhbətlər var idi. Amma bizim yarışın dəqiq tarixi var”.

Sportinfo.az xəbər verir ki, bunu “Formula-1” üzrə Azərbaycan Qran-Prisinin promouteri Arif Rəhimov deyib.

O bildirib ki, Bakıdakı yarışla Türkiyə Qran-Prisinin tarixlərinin dəyişdirilməsi mümkün deyil: “Qran-Prinin vaxtı digər tədbirlərin qrafikində sıx oturub.

Axı bizi Bakıda futbol gözləyir. İlk oyun iyunun 12-də Qran-Pridən sonrakı həftənin şənbə günü keçirilməlidir. Bir sözlə, biz bu il heç nə edə bilmərik.

Başqa il olsaydı, Qran-Pri təqvimdəki yeganə böyük idman tədbiri olsaydı, variantlarımız olardı. Amma bu il yox”.

İiyunun 12-də AVRO-2020-nin Uels - İsveçrə matçı keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti