PSJ müqaviləni yenə uzatmaq istəyir – Mbappe ilə

14 Avqust 2023 10:20 Digər növlər 988
PSJ müqaviləni yenə uzatmaq istəyir – Mbappe ilə

PSJ hücumçu Kilian Mbappe ilə müqaviləni uzatmaq istəyir.

Sportinfo.azx xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

Mənbənin sözlərinə görə, PSJ Mbappenin 2022-ci ildə verdiyi vədlərə əməl olunmasını istəyir.

Ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı.

Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqavilə imzaladığını bildirib.

Mbappe 2024-cü ildən sonra müqaviləni yeniləməkdən imtina edib. Mövsümün sonunda o, azad agentə çevrilə bilər.

Ötən mövsüm PSJ 38 turda 86 xalla Fransa Liqa 1-in qalibi olub. Mbappe 34 matçda iştirak edib, bu matçlarda 29 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti