Ermənilər ərazilərini nasist heykəli ilə nişanlayırlar - VİDEO

9 May 2021 09:00 Hadisə 725
Ermənilər ərazilərini nasist heykəli ilə nişanlayırlar - VİDEO

Faşizm üzərində qələbənin növbəti ildönümü ərəfəsində ermənilər nasizm idelogiyasının fəal daşıyıcılarından biri olan Qaregin Njdenin abidəsi məsələsini yenidən gündəmə gətiriblər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti videosüjetdə bildirilir.

“Qəribədir ki, Xocavənd rayonunun müvəqqəti olaraq Rusiya sülhməramlılarının məsuliyyəti zonasında yerləşən ərazisində nasist Qaregin Njdenin abidəsi hələ də qalmaqdadır.

Mayın 9-da sülhməramlılar Qələbə gününü məhz bu heykəllə birlikdə qeyd edəcəklər. Belə görünür ki, Ermənistan rəhbərliyi bu abidəyə görə sülhməramlılarla da toqquşmaya getməyə hazırdır.

Halbuki elə rusiyalı hərbçilər sayəsində hələ də öz qondarma dövlət subyektlərini qoruyub saxladıqlarını yaxşı anlayırlar. Belə çıxır ki, ermənilər rusların arxasında gizlənərək, elə onların özlərilə qarşıdurmaya girməyi düşünürlər”, - deyə süjetdə bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti