Rüstəm Muradov Njdenin heykəlinin sökülməsinə göstəriş verdi

7 May 2021 17:10 Hadisə 767
Rüstəm Muradov Njdenin heykəlinin sökülməsinə göstəriş verdi

Xocavənddəki erməni faşist kollabrasionisti Qaregin Njdenin abidəsinin sökülməsinə göstəriş verilib.

Sportindo.az xəbər verir ki, bu barədə “lragir.am” nəşri məlumat verib.

Göstərişin şəxsən Qarabağdakı rus sülhməramlılarının komandanı general Rüstəm Muradov tərəfindən verildiyi bildirilir.

Qeyd edək ki, ötən gün Moskva vilayəti üzrə Böyük Vətən Müharibəsi veteranları, Silahlı Qüvvələrin və hüquq-mühafizə orqanlarının əmək veteranlarının “Dolqoprudnenskaya” ictimai təşkilatı faşizm tərəfdarlarının qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu xatırladaraq, faşist kollaborasionisti Qaregin Njdenin Xocavənddəki abidəsinin sökülməsi üçün federal orqanlara müraciət edib.

Qaregin Njdenin Xocavənddəki abidəsi Qarabağda döyüş əməliyyatlarının bitməsindən sonra ucaldılıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı