6 aylıq komadan sonra şəhid oldu... FOTO

19 Aprel 2021 12:10 Hadisə 323
6 aylıq komadan sonra şəhid oldu... FOTO

6 aydır komada olan Vətən müharibəsi iştirakçısı, 26 yaşlı Nurlan Əbilov şəhidlik zirvəsinə ucalıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya şəhidin həyat yoldaşı Aydan Əbilova məlumat verib.

Onun sözlərinə görə, N. Əbilov bu gün səhər saat 7:00-da şəhid olub. O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olub. Atasını uşaq ikən itirib, anası isə 4 il öncə rəhmətə gedib. O, Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb, 8 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb. Yaralanandan da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

Şəhidin 3 və 5 yaşlarında iki oğlu var.

“Qafqazinfo” bir müddət əvvəl komada olan Nurlan Əbilovla bağlı məqalə hazırlamışdı. Həyat yoldaşı Nurlanın vəziyyətinin gündən-günə geriyə doğru getdiyini bildirmişdi. BDU-nun coğrafiya fakültəsini bitirən Nurlan Əbilov anasının xəstəliyi səbəbindən təhsilini bir müddət dondurub, diplomunu ala bilməyibmiş. Diplomunu ailəsinə o döyüşdə olanda göndəriblər, Nurlan Əbilova diplomunu görmək qismət olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti