Ağdamda daha bir nəfər minaya düşdü - Prokurorluq məlumat yaydı

18 Aprel 2021 12:10 Hadisə 321
Ağdamda daha bir nəfər minaya düşdü - Prokurorluq məlumat yaydı

Dünən axşam saat 20:30 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlu minaya düşüb.

Sportinfo.az xəbər verir ki, minanın partlaması nəticəsində onun sol ayağı amputasiya edilib.

A.Quliyev Ağcabədi rayon xəstəxanasına yerləşdirilib, hazırda həkimlərin nəzarəti altındadır.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "qafqazinfo"ya açıqlamasında məlumatı təsdiqləyib.

E. Zahidov bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq icazəsiz, nəzarət postlarından kənar yollarla işğaldan azad edilən, lakin minalardan tam təmizlənməmiş ərazilərə getməməlidirlər: "Belə olan halda bu cür faciəvi hallarla qarşılaşa bilərlər".

Ağdam rayon prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sol ayağın topuqdan aşağı ətrafının amputasiyası” xəsarəti alması müəyyən edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Digər Xəbərlər
Xəbər Lenti