Azərbaycan Ordusunun minaya düşərək şəhid olan əsgəri dəfn edildi - FOTO

18 Aprel 2021 10:10 Hadisə 491
Azərbaycan Ordusunun minaya düşərək şəhid olan əsgəri dəfn edildi - FOTO

Azərbaycan Ordusunun aprelin 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşən əsgəri Bayramov İlkin Bayram oğlu şəhid olub.

Sportinfo.az xəbər verir ki, hadisə nəticəsində ağır yaralanaraq komaya düşən hərbi qulluqçu müalicə aldığı xəstəxanada vəfat edib.

İ.Bayramov Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilən ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı mina partlaması nəticəsində xəsarət almışdı.

Bayramov Ağstafa rayonunun Pirli kəndində anadan olub. O, Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin ötən ilin dekabrın 30-da imzaladığı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Mərhum doğulduğu Ağstafa rayonunun Pirli kəndində torpağa tapşırılıb.

Dəfndə rayon ictimaiyyətinin nümayəndələri, müxtəlif dövlət qurumlarının vəzifəli şəxsləri, hərbçi yoldaşları, yaxınları və rayon sakinləri iştirak ediblər.

Allah rəhmət eləsin!

Digər Xəbərlər
Xəbər Lenti