Komandanı ardıcıl heç-heçələrdən sonra kolxoza işləməyə göndərdilər

14 Aprel 2021 01:34 Hadisə 627
Komandanı ardıcıl heç-heçələrdən sonra kolxoza işləməyə göndərdilər

Belarus Premyer Liqasında çıxış edən "Rux" komandasının üzvləri cari mövsümün ilk 3 turundan sonra kolxozda işləməyə yollanıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun idman direktoru Sergey Prisyajnyuk "Tribuna" nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, komanda ardıcıl 3 heç-heçədən sonra bu qərarı verib: "Bir az işlədik, hava aldıq. Bu, bizim ümumi qərarımız idi.

Uşaqlar da dəstək oldular. Kimsə kilsəyə gedir, şam yandırır. Biz də kolxoza getdik. Hamı buna normal reaksiya verdi".

Brest təmsilçisi bu hadisədən sonra çempionatda keçirdiyi ilk matçda "İsloç"u 1:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı