Premyer Liqa klubunda ciddi itki – mövsümü bitirdi, AÇ-2020-ni buraxacaq

14 Aprel 2021 00:28 Hadisə 460
Premyer Liqa klubunda ciddi itki – mövsümü bitirdi, AÇ-2020-ni buraxacaq

“Vulverhempton” ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin futbolçusu Pedro Neto zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Dizindən zədələnən 21 yaşlı yarımmüdafiəçi mövsümün qalan hissəsini buraxmalı olacaq.

Portuqaliya yığmasının da üzvü olan Neto, AÇ-2020-nin oyunlarında da iştirak etməyəcək.

Neto bu mövsüm Premyer Liqada 31 oyunda 5 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!