Ronaldonun qolunu saymadı, Avro-2020-dən kənarda qaldı

13 Aprel 2021 21:40 Hadisə 1 016
Ronaldonun qolunu saymadı, Avro-2020-dən kənarda qaldı

DÇ-2022-nin seçmə mərhələsində Serbiya – Portuqaliya matçında Kriştiano Ronaldonun təmiz qolunu saymayan Mario Diks Niderlanddan olan hakimlər briqadasından kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə EFE informasiya agentliyi məlumat yayıb.

Yan xətt hakimi Danni Makkellinin rəhbərlik etdiyi briqadada olmayacaq. Beləliklə, o, Avro-2020-nin matçlarından da kənarda qalacaq.

Diks Ronaldonun görüşün son dəqiqələrində vurduğu qolu qeydə almayıb. 36 yaşlı hücumçu isə həmin haqsızlığa görə etiraz edib və nəticədə sarı vərəqə ilə cəzalandırılıb.

Bu qərara qəzəblənən portuqaliyalı oyunçu kapitanlıq sarğısını yerə çırparaq, hələ görüş başa çatmamış meydançanı tərk edib.

Ronaldonun hərəkəti oyundan sonra azarkeşlər, futbol mütəxəssləri və medianın bir neçə gün davamlı müzakirəsinə səbəb olub.

Diks isə qarşılaşmadan 1 gün sonra oyunun videogörüntüsünə baxarkən Ronaldonun təmiz qol vurduğunu başa düşüb. O, bu səhvinə görə Portuqaliyadan üzr istəyib.

Serbiya – Portuqaliya görüşü 2:2 hesabı ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi