İki əsgərimiz Suqovuşanda minaya düşdü

7 Aprel 10:10 Hadisə 456
İki əsgərimiz Suqovuşanda minaya düşdü

İtkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı baş verən mina partlayışında iki hərbçimiz xəsarət alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçularımızın Suqovuşan yaşayış məntəqəsi istiqamətində aprelin 6-sı günorta saatlarında keçirilən axtarışları zamanı düşmən tərəfindən basdırılmış piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər Əliyev Pünhan Şaban oğlu və əsgər Bəxtiyar İlqaroğlu xəsarət alıb, həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü
21 Aprel 22:00 32-ci dəfə çempion