“Laçın dəhlizinin Ermənistan-Azərbaycan sərhədinə baxan ağzını bağlamalıyıq”

8 Mart 2021 16:10 Hadisə 831
“Laçın dəhlizinin Ermənistan-Azərbaycan sərhədinə baxan ağzını bağlamalıyıq”

Rusiya sülhməramlılarının vaxtaşırı sərgilədiyi davranışlar Azərbaycan ictimaiyyəti tərəfindən narazlıqla qarşılanır.

Növbəti dəfə sülhməramlı kontingentin hərbçilərinin Laçın dəhlizindən keçən erməni qadınları 8 mart münasibətilə təbrik etməsi diqqət çəkib.

Bu, erməniləri məmnun etsə də, erməni vandalizmindən çoxlu əziyyətlər çəkmiş azərbaycanlıları təbii ki, narazı salıb.

Hesab olunur ki, sülhməramlılar Xankəndi şəhərində ermənilərin aksiyasına göz yummaqla, terrorçu və separatçı rejim təmsilçilərinin özbaşınalıqlarına stimul verən davranışlar sərgilməklə də səbrimizlə oynayırlar.

Politoloq Sülhəddin Əkbər bildirib ki, əslində burada heç bir sülhməramlıdan söhbət getmir, bu, formal, rəsmi xarakter daşıyır: “Söhbət Rusiyanın yenidən Azərbaycana hərbi müdaxiləsindən gedir. Rusiya Qarabağ kartını, xüsusən də Ermənistana və Azərbaycana öz təsirini saxlamağa imkan verən bu kartı əldən vermək istəmir. Rusiya bu karta 1828-ci ildən bəri, artıq iki əsrdir bu qədər enerji, vəsait, “əmək” sərf edib. Ona görə də əldən verməyəcək, verməz də, gələcəkdə də bunun üçün mübarizə aparacaq. Ona görə də Azərbaycan bunu nəzərə almalıdır. Yəni bu, Rusiya üçün strateji məsələdir”.

SON DƏQİQƏ! Şuşada rus sülhməramlı həlak oldu | Panoram.Az

Bəs, indiki halda Azərbaycan nə etməlidir?

S.Əkbər deyir: “Mən “küp strategiyası”nı təklif etmişəm, dəfələrlə bunu demişəm, bir də vurğulayıram. Birincisi, biz Laçın dəhlizinin Ermənistan-Azərbaycan dövlət sərhədinə baxan ağzını, 5 km-lik sərhədimizi bağlamalıyıq, nəyin bahasına olursa-olsun! Bunun anlaşmaya heç bir dəxli yoxdur, o, bizim dövlət sərhədimizdir. Rusiya daxil olmaqla, bütün dünya bizim suverenliyimizi tanıyırsa, biz orda Sərhəd Qoşunlarımızın, Dövlət Sərhəd Xidmətinin və Gömrük Xidmətinin fəaliyyətini bərpa etməliyik. Biz bunu etməsək, atılan heç bir addımın əhəmiyyəti olmayacaq. Əgər biz o qapıdan kimin girib-çıxdığını, nəyin soxulduğunu, aparıldığını görməsək, rus-erməni birliyinin nəzarətində qalan o hissəyə nəzarət edə bilməyəcəyik. Yəni bir: biz sərhədə nəzarəti bərp etməliyik, iki: Laçın dəhlizinə nəzarəti bərpa etməliyik. Bundan ötrü Laçın dəhlizinin hər iki tərəfində Türkiyə və Azərbaycanın birgə postları və nəzarəti təşkil olunmalıdır. “Küp”ün əsas hissəsi də daxil olmaqla bütün perimetri üzrə, xüsusən də Laçın dəhlizi boyu Türkiyə-Azərbaycan hərbi postları qurulmalıdır və bütün əraziyə Türkiyə-Azərbaycan birgə nəzarəti təmin edilməlidir, Rusiya-Türkiyə nəzarətindən əlavə olaraq. Üçüncü addım isə artıq biz Rusiya-erməni birliyinin nəzarətində olan əraziyə kommunikasiyaların açılmasını tələb etməliyik. Necə ola bilər ki, biz düşmən Ermənistanla dövlətlərarası kommunikasiyaları açırıq, amma ölkəmizin öz daxilində kommunikasiyalar bağlı qalır? Əgər burda barış olacaqsa, ilk növbədə bu yollar açılmalı deyilmi? Mən nəyə görə Ağdamdan Şuşaya getməməliyəm, Füzulidən getməliyəm? Rusiya bunu bilərəkdən nəyə görə qarşısını alır?”

Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri uca zirvələri fəth  edib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

S.Əkbər bir məqamı xüsusilə vurğulayır: “Diqqət edirsinizsə, nəyə görəsə bizim erməni vətəndaşlarla kontaktımıza imkan vermir. Nəhayət, biz ermənnilərlə, öz vətəndaşlarımızla kontaktımızı genişləndirməliyik. Təbii ki, bunu ilk növbədə təhlükəsizlik və kəşfiyyat xidməti başlamalıdır, sonra isə onların cızdığı yol xəritəsinə uyğun olaraq digər sferalar da bura cəlb olunmalıdır. Əgər ordakı erməni əsilli bizim vətəndaşlarımızla bizim sülhümüz aşağı, ictimai səviyyədə baş tutacaqsa, arada sülh yaranacaqsa, sülhməramlılara nə ehtiyac qalacaq? Yəni onların qorxusu budur ki, kontakt yaranacaq. Sadə erməni xalqı nə istəyir ki? Təhlükəsizlik, dinc-yanaşı yaşamaq istəyir. Həm girovluqdan, həm müharibədən qurtarmaq istəyir, həmçinin övladını itirmək istəmir”.

Sülhəddin Əkbər

Rusiya sülhməramlılarının təsir zonasındakı terrorçularla hesablaşmağa gəldikdə, S.Əkbər hesab edir ki, yuxarıda sadaladıqları həyata keçirdikdən sonra onlarla hesablaşmaq elə də çətin olmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti