Qarabağdan döyüş VİDEO kadrları: Azərbaycan ordusu sistemi düşmənə zərbə endirir

8 Mart 2021 09:00 Hadisə 10 071
Qarabağdan döyüş VİDEO kadrları: Azərbaycan ordusu sistemi düşmənə zərbə endirir

Sportinfo.az xəbər verir ki, sosial şəbəkələrə Azərbaycan ordusunun 44 günlük Qarabağ müharibəsi zamanı düşmən mövqelərinə İsrail istehsalı olan LAR-160 reaktiv-yaylım atəşi sistemi ilə atəş zərbələri endirməsinin görüntüləri yayılıb.

Cəbhənin cənub istiqamətində çəkildiyi təxmin edilən görüntülərdə LAR-160 düşmən mövqelərinə dalbadal 13 raket zərbəsi endirir.

LAR-160 İsrailin “Elbit Systems” şirkəti tərəfindən istifadə olunur və 160 millimetrlik raketlərlə təchiz olunmuş yüksək effetivlikli reaktiv yaylım atəşi sistemidir. Mənzili 12 kilometrdən 45 kilometrə qədərdir, hərəsində 13 raket olan iki buraxıcı konteyner daşıyır.

Hədəfi yüksək dəqiqliklə vuran raketlərlə silahlanıb və atəşi idarəetmə sisteminə malikdir, Azərbaycan ordusu bu komplekslərin modernizə edilmiş variantı ilə silahlanıb və onları ilk dəfə real döyüş şəraitində 2016-cı ilin aprel müharibəsində tətbiq etmişdi.

Kompleks hər iki konteynerdəki raketləri 1 dəqiqə ərzində buraxa bilir, yeni konteynerlərin yüklənməsi isə 5 dəqiqə vaxt aparır.

Ordumuz habelə İsrail istehsalı olan və daha iriçaplı “Lynx” reaktiv yaylım atəşi komplekslərinə malikdir. O cümlədən yüksək dəqiqlikli və uzaqmənzilli LORA raket kompleksləri ilə silahlanıb, həmin komplekslər də müharibədə tətbiq edilib.

Digər Xəbərlər
Xəbər Lenti