Xocavənddəki torpaqların yarısı Azərbaycanın nəzarətindədir - Ermənilərdən iddia

4 Mart 2021 23:10 Hadisə 1 655
Xocavənddəki torpaqların yarısı Azərbaycanın nəzarətindədir - Ermənilərdən iddia

Hazırda Xocavənddəki əkinə yararlı torpaqların azı yarısı Azərbaycanın nəzarətinə keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Məlumata görə, rayon ərazisində kənd təsərrüfatı təyinatlı 27 min 133.1 ha torpaqdan 15 min 792,1 ha artıq Azərbaycanın nəzarətindədir. Mətbuatın yazdığına görə, müharibədən əvvəl Xocavənddə 22 min ha torpaq əkilib.

Hazırda Azərbaycan 308,20 ha üzüm bağına, 230 ha nar və 62,27 ha meyvə bağına nəzarəti təmin edib.

"Bundan başqa, Azərbaycan tərəfinin nəzarətindəki torpaqlarda 15 kombayn, 105 traktor və digər kənd təsərrüfatı texnikası qalıb”,-deyə mətbuat yazıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı