Azərbaycanın Qarabağdakı hərbi uğuru siyasi mübahisəyə çevrildi - Almaniyada

2 Mart 2021 17:10 Hadisə 2 294
Azərbaycanın Qarabağdakı hərbi uğuru siyasi mübahisəyə çevrildi - Almaniyada

Almaniya Silahlı Qüvvələrinin Katolik hərbi yepiskopu Frans-İosif Overbek Almaniya ordusunun texniki təchizatını tənqid edib və Azərbaycan ordusunu nümunə kimi göstərib.

Sportinfo.az xəbər verir ki, hərbi yepiskop İkinci Qarabağ Müharibəsində Azərbaycan Ordusunun pilotsuz təyyarələrdən istifadə etməsinin uğurlu təcrübəsini misal gətirib.

“Bundesverin mümkün hərbi əməliyyatlarda qətiyyətliliklə bərabər əsgərlərin təhlükəsizliyini və əməliyyatların effektivliyini artıran vasitələrə ehtiyacı var” ,- deyə o qeyd edib.

Overbek Bundesverin uzun illərdir lazımi texnika və silah almadığını xatırladaraq, Bundesver üçün hücum dronlarının alınması ilə bağlı hökumət koalisiyasında davam edən mübahisələrini də şərh edib: “Təəssüf ki, bu mövzuda müzakirə artıq siyasi mübahisəyə çevrilməkdədir”.

Hərbi yepiskop açıqlamasında hücum dronlarının imkanları ilə bağlı narahatlığını da dilə gətirib.

“Yeni hərbi vasitələrin istifadəsi baxımından dönüş nöqtəsində ola bilərik” deyən Katolik hərbi yepiskopu son zamanlar Qarabağda baş verən müharibədə Azərbaycan Ordusunun kütləvi şəkildə zərbə və kamikadze PUA-larından effektiv şəkildə istifadə etdiyini bildirib.

“Bununla belə, etik baxımdan insanın iştirakı olmadan uzunmüddətli müharibə olmamalıdır. Heç bir halda belə olmamalıdır. İndiyə qədər bizim bildiyimizdən başqa digər mübarizə vasitələrindən istifadə edənlərin həmişə şəxsi məsuliyyəti olmalıdır”, - deyə yepiskop əlavə edib.

Overbek həm də siyasətçiləri müsəlman əsgərlər üçün pastoral xidmətlər göstərməyə çağırıb: “Onların ordudakı xristian və ya yəhudi əsgərləri ilə eyni din azadlığından istifadə etmək hüququ olmalıdır”.

Qeyd edək ki, 56 yaşlı Frans-İosif Overbek 2011-ci ilin fevralında Almaniya Silahlı qüvvələrinin Katolik hərbi yepiskopu təyin edilib.


Digər Xəbərlər
Xəbər Lenti