“Paşinyan özünü Səddam Hüseyn kimi apardı” - Rusiyalı ekspert

1 Mart 2021 11:50 Hadisə 3 242
“Paşinyan özünü Səddam Hüseyn kimi apardı” - Rusiyalı ekspert

"Nikol Paşinyan Rusiyanın "İskəndər" raketlərinin səmərəliliyinin aşağı olduğunu deyib. Bəlkə Ermənistan ordusunun peşəkar hazırlığının səviyyəsi aşağı olub?"

Sportinfo.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko Tvitter hesabında yazıb.

O bildirib ki, Azərbaycanın mülki yaşayış məntəqələrinin raket hücumunun hədəfi seçilməsi cinayətdir.

Korotçenkonun sözlərinə görə, Rusiya "İskəndər" raket kompleksi və digər silahların bundan sonra Ermənistana tədarükünə yenidən baxmalıdır.

"KTMT-nin müttəfiqi olan bu ölkə belə silahları istifadə etməklə özünü tamamilə qeyri-sivil, Səddam Hüseyn kimi apardı.

"İskəndər" bu ölkənin (Ermənistan-red) təhlükəsizliyinin qarantı olan Rusiyanın Ermənistandakı hərbi bazasında qalmalıdır. Ermənistan ordusu siyasi və peşəkar planda onların istismarına hazır deyil".

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Azərbaycana qarşı "İskəndər" əməliyyat-taktiki raket sistemindən istifadə etdiyini, lakin raketlərin partlamadığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti