Yardımlıda qazi intihar etdi - FOTO

24 Fevral 2021 02:30 Hadisə 3 159
Yardımlıda qazi intihar etdi - FOTO

Yardımlıda Vətən müharibəsi qazisi intihar edib.

Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Elşad Paşasoy məlumat paylaşıb.

Məlumata görə, rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev bağda özünü asıb. Fəridin hansı səbəbdən intihar etdiyi bəlli olmasa da, Paşasoyun sözlərinə görə, o, gecə-gündüz dəhşətli döyüş səhnələrindən danışırmış.

"Bəlkə də bir neçə saatlıq psixoloji məsləhətlər onu fikrindən daşındırardı", - deyə jurnalist qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı