Paşinyan etirazçılardan belə qaçdı - ŞOK VİDEO

23 Fevral 2021 15:10 Hadisə 2 312
Paşinyan etirazçılardan belə qaçdı - ŞOK VİDEO

Bu gün İrəvanın mərkəzində, hökumət binasının qarşısında keçirilən aksiya zamanı Baş nazir Nikol Paşinyan hökumət binasına daxil olarkən görüntülənib. Onu görən aksiya iştirakçıları “Paşinyan, sən xainsən” şüarını səsləndiriblər.

Sportinfo.az xəbər verir ki, Ermənistanın ətraf mühit naziri Romanos Petrosyanla iki saatdan çox davam edən görüşdən sonra Paşinyanın hökumət binasından çoxlu sayda mühafizəçinin müşayiəti ilə çıxdığı görüntülənib.

Bina qarşısına toplaşan vətəndaşlar “Nikol xaindir” şüarını səsləndirməyə başlayıblar. Vətəndaşlar Paşinyandan suallara cavab verməsini tələb etsə də o, bu çağırışlara məhəl qoymayıb. Bundan sonra polis yenidən etirazçılara müdaxilə etməyə başlayıb.

Rəsmi məlumatlara görə, 51 nəfər aksiya iştirakçısı polis bölməsinə aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti