Tərtərdə mal-qara otaran zaman minaya düşdü - FOTO

23 Fevral 02:10 Hadisə 857
Tərtərdə mal-qara otaran zaman minaya düşdü - FOTO

Daha bir mülki vətəndaşımız minaya düşüb.

Sportinfo.az xəbər verir ki, hadisə Tərtərin Borsunlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Verdiyev Niyaməddin Hikmət oğlu qoyun otardığı zaman minaya düşüb. Nəticədə onun sağ ayağının aşağı hissəsi amputasiya olunub.

Hadisə ilə bağlı Tərtər rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Digər Xəbərlər
Xəbər Lenti