“Paşinyanı zorla devirmək mümkün olmayacaq” – erməni politoloq

24 Yanvar 2021 16:30 Hadisə 688
“Paşinyanı zorla devirmək mümkün olmayacaq” – erməni politoloq

“Hazırkı baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalmasında əsas səbəbi bu gün Ermənistan əhalisinin əksəriyyətinin apatiya vəziyyətində olmasıdır”.

Sportinfo.com xəbər verir ki, bunu İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan NovostiNK-ə bildirib.

“Həqiqətdə baş naziri dəstəkləyən elə də çox sayda insan yoxdur. Lakin inqilabın nəticələrini mükəmməl şəkildə görən Ermənistan vətəndaşları bunu əsla təkrarlamağa səy göstərmirlər.

Eyni zamanda, Nikol Paşinyanın istefasına real şəkildə həvəsli olan çox sayda rəqib də mövcud deyil. Öz növbəsində müxalifət noyabrın əvvəlindəki kortəbii mitinqlərlə yanlışa yol verdi”, - deyə o qeyd edib.

Politoloqun fikrincə, yeni il tətilindən sonra praktik olaraq heç bir şey dəyişməyib, üstəlik, küçə təzyiqlərini artırmaq layihəsi iflasa uğrayıb.

İsgəndəryana görə, bu cür müxalifət hakimiyyətə erkən seçki keçirməməyə imkan verir: “Bu baxımdan hakim “Mənim addımım” partiyası, sadəcə, seçki keçirməyəcək. Bütün bunları isə Serj Sərkisyanın yeni konstitusiya və “Seçkilər haqqında” qanunla Paşinyana qoyduğu və hakimiyyət üçün uyğunlaşdırılan parlaq hüquqi miras tam dəstəkləyir”.

Sözünə davam edən erməni ekspert deyib: “Bütün bunlar parlamentdə çoxluq təşkil edən istənilən siyasi qüvvəyə növbəti seçkilərədək hakimiyyətdə qalmağa imkan verir. Bu hökuməti qanuni yollarla devirmək praktik olaraq mümkün deyil”.

Ermənistanda Paşinyanı istefaya məcbur edə biləcək güc çatışmazlığı fonunda İsgəndaryan, ən azından bu gün üçün Nikol Paşinyanı öz istəyi ilə istefaya təhrik edə biləcək həvəs və səbəblər görmür.

“Ancaq vəziyyətin inkişafı üçün ikinci bir ssenari də var - “Mənim addımım” erkən seçkilərə gedə, ən azı səslərin 40 faizini qazanmağa çalışa bilər ki, bu da artıq Paşinyana daha 5 il özünü legitimləşdirməyə imkanı yaradacaq. Resurslara və mövcud “Seçkilər haqqında” qanuna nəzarət onlara hakimiyyətdə qalmağa imkan verir. Və müxalifət də hakimiyyət kimi bütün bunları əla başa düşür. Düşünürəm ki, hakim qüvvə hələ ki, bu iki variant arasında son seçimini etməyib”, - deyə İsgəndaryan fikrini yekunlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"