Şəhidin vida mərasimində nənəsi ürəktutmadan öldü - FOTOLAR

23 Yanvar 2021 13:50 Hadisə 988
Şəhidin vida mərasimində nənəsi ürəktutmadan öldü - FOTOLAR

Cəlilabad rayonunda şəhidlə keçirilən vida mərasimində onun nənəsi ürəktutmasından dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, hadisə rayonun Şiləvəngə kəndində qeydə alınıb.

Belə ki, nəşi yeni tapılan Vətən müharibəsi şəhidi, leytenant Şükürlü Elvin Azad oğlu ilə bu gün yaşadığı kənddəki evində vida mərasimi keçirilib. Mərasim zamanı şəhidin nənəsi ürəktutmasından vəfat edib.

1997-ci il təvəllüdlü leytenant Elvin Şükürlü Vətən müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində itkin düşmüşdü. Şəhidin nəşi vida mərasimindən sonra dəfn olunması üçün ailəsinin yaşadığı Bakı şəhərinə aparılacaq və orada dəfn ediləcək.

Allah rəhmət eləsin!

Digər Xəbərlər
Xəbər Lenti