Azərbaycanda klub prezidenti xəstəxanada dünyasını dəyişdi

23 Yanvar 2021 12:40 Hadisə 1 128
Azərbaycanda klub prezidenti xəstəxanada dünyasını dəyişdi

2004-2007-ci illərdə "Turan"ın prezidenti olmuş Tahir Yusifov vəfat edib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Turan Tovuz"un rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

Yaxınlarda Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilmiş keçmiş funksioner bir müddət öncə koronavirusa yoluxub. Yusifov şəkər və qan təzyiqi xəstəliyindən əziyyət çəkirdi. Bu isə onun səhhətinin pisləşməsinə gətirib çıxarıb.

Daha əvvəl "Turan"ın digər keçmiş prezidenti Namiq Məstanov korornavirusdan dünyasını dəyişib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!