Region klubunun döyüşçü futbolçuları Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR

21 Yanvar 2021 16:40 Hadisə 403
Region klubunun döyüşçü futbolçuları Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR

Region Liqasının təmsilçisi “Energetik” 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edib.

Sportinfo.az xəbər verir ki, Mingəçevir təmsilçisinin prezidenti Ruslan Həmidov, futbolçular və “Zona 45” azarkeş qrupu şəhərdəki Şəhidlər Xiyabanını ziyarət ediblər.

Komanda üzvləri şəhidlərimizin ruhlarını ehtiramla yad edərək, abidə önünə əkil qoyublar.

Məlumat üçün qeyd edək ki, “Energetik”in Vətən müharibəsində iştirak edən döyüşçü futbolçuları da evlərinə geri dönüblər.

Qarabağ uğrunda döyüşlərdə ordumuzun sıralarında olan Namiq İbrahimli, Əlizadə Elvin, Tural Məmmədzadə komanda ilə birgə Şəhidlər Xiyabanını ziyarət ediblər.

Digər Xəbərlər
Xəbər Lenti