3 aya yaxındır komada olan azərbaycanlı məşqçi ağladı və…

21 Yanvar 2021 09:40 Hadisə 2 153
3 aya yaxındır komada olan azərbaycanlı məşqçi ağladı və…

Noyabrın ilk günlərində komaya düşən Qəhrəman Əliyev hələ də özünə gəlməyib.

Üç aya yaxındır bu vəziyyətdə olan məşqçinin Masallıda yerləşən özəl klinikada müalicəsi davam etdirilir.

Yaxınlarınını Sportinfo.az-a verdiyi məlumata görə, pasiyentin səhhətində müəyyən irəliləyiş var. Daha ona süni nəfəsalma aparatı qoşulmur.

Gündə iki dəfə fizioterapiya olunur. Bəzən səsə və hərəkətlərə reaksiya verir, gözlərini açır, amma hələ heç kimi tanımır. Həkimlər bu müddətdə 3 dəfə ağlamağının şahidi olub, sadəcə, danışmağa taqəti çatmayıb.

Tibb işçilərinin bildirdiyinə görə, korornavirusun simptomları tamamilə aradan qalxıb, ağciyər «buzlu şuşə»dən təmizlənib. Xəstəliyin bədəndə yol açdığı fəsadların yoxa çıxması isə bir qədər vaxt alacaq.

Bir qədər vaxt deyəndə ki, bu müddət 3-6 ay arası davam edə bilər. Əsas komadan ayılmaqdır və həkimlərin dediyinə görə, bunun qarşıdakı 2-3 həftə ərzində baş verməsi gözlənilir.

Tanınmış mütəxəssisə baş çəkən dostları etiraf edir ki, Qəhrəman Əliyevin həyatda qalması möcüzədir. Ağır beyin insultu keçirmiş məşqçinin «kəfəni yırtması»nı Allahın lütfü kimi qiymətləndirirlər.

Bir də onlar klinikanın baş həkimi Şahanə Abdullayevaya və onun tibb personalına minnətdardır. Dostlarının dediyinə görə, xəstəxananın ekipi dekabrın 14-dən bu tərəfə Q.Əliyevin müalicə prosesini tam nəzarətdə saxlayır, əllərindən gələni edir.

Digər Xəbərlər
Xəbər Lenti