"Şuşada bu işlər üçün 24 saatlıq iş rejimi tətbiq olunub"

20 Yanvar 2021 21:50 Hadisə 1 813
"Şuşada bu işlər üçün 24 saatlıq iş rejimi tətbiq olunub"

Şuşa şəhərinin su təchizatının bərpası ilə bağlı işlər davam etdirilir.

Sportinfo.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, artıq Zarıslı və Kiçik Kirsdənə gələn su mənbələri bərpa olunub: “Hazırda istismar işləri davam edir. Şuşa şəhərinin daxilində hərbçilərin yerləşdiyi binalar və yaşayış olmayan binaların hər biri təftiş olunur.

Eyni zamanda, “Azərsu” Şuşa şəhərində içməli suya olan tələbatı yaxşılaşdırmaq üçün bir su maşını da təhkim edib. Ehtiyac olan yerlərə həmin maşın vasitəsilə içməli su çatdırılır, hazırda şəhər ərazisində istismar işlərinin davam etdirilməsi üçün 24 saatlıq iş rejimi tətbiq olunub”.

A.Cəbrayıllı bildirib ki, Şuşa şəhərinin içməli su ilə təchizatı üçün anbar zonasında zərərsizləşdirici qurğu da quraşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti