“Atam Qarabağa getdi, ancaq ona məhəl qoymadılar” - Koçaryanın oğlu

20 Yanvar 2021 18:10 Hadisə 3 114
“Atam Qarabağa getdi, ancaq ona məhəl qoymadılar” - Koçaryanın oğlu

Müharibənin başlamasından bir neçə gün sonra Ermənistanın ikinci prezidenti Robert Koçaryan mümkün qədər faydalı olmağa çalışmaq üçün Qarabağa getdi, ancaq ona məhəl qoymadılar.

Sportinfo.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan bildirib.

“Arayik Arutyunyan (Azərbaycanın daha əvvəl işğal altında olan ərazilərində yaradılmış separatçı qurumun rəhbəri – red) atamla hətta görüşməyi və müzakirələr aparmağı lazım bilmədi.

Mən özüm də onların, 1990-cı illərdən bəri qələbələrimizin kökündə dayanan insanları görməzdən gəldiklərinin şahidi oldum", -deyə Koçaryanın oğlu söyləyib.

Onun sözlərinə görə, atası müharibə zamanı iqtidarda olmadan edilə biləcək maksimum işlər görüb: "Atam hər yolla kömək etməyə çalışdı - həm tövsiyələrlə, həm də müxtəlif yollarla. Hətta mənə "Get, bunu de, amma mənim dediyimi söyləmə" deyirdi.

Mövcud vəziyyət, o cümlədən Qarabağdakı müharibə son 2,5 ildə dəfələrlə xatırlanan səhv diplomatiyanın və digər yanlışlıqların nəticəsidir".

L.Koçaryan baş verənlərdən sonra Nikol Paşinyan hökumətinin istefa verməməsini absurd adlandırıb. Atasının siyasətə qayıdacağı sualına gəlincə, o, ikinci prezidentin artıq uzun müddət siyasətdə olduğunu vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı