Azərbaycanda parlayan futbolçu Qazaxıstan klubundan ayrıldı - FOTO

21 Yanvar 2021 00:42 Hadisə 968
Azərbaycanda parlayan futbolçu Qazaxıstan klubundan ayrıldı - FOTO

Gürcüstan millisinin futbolçusu, “İnter” (indiki “Keşlə”) və “Qəbələ”nin sabiq oyunçusu Nika Kvekveskiri Qazaxıstandan - “Tobol”dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin müqaviləsi başa çatıb və onunla yollar ayrılıb.

2017-ci ilin yayından oynadığı Qazaxıstanda üç mövsümə 84 matç keçirib. O, beş qol vurub və 12 məhsuldar ötürmə edib. Kvekveskiri “Tobol”la Qazaxıstan Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb.

Nika Kvekveskiri “Tobol”a məhz Azərbaycandakı parlaq oyunundan sonra keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti