Maşın yuyucusu futbolçunun 300 minlik "Ferrari"sini "zibil" etdi – VİDEO+FOTOLAR

15 Yanvar 2021 22:40 Hadisə 1 456
Maşın yuyucusu futbolçunun 300 minlik "Ferrari"sini "zibil" etdi – VİDEO+FOTOLAR

"Cenoa"nın qapıçısı Federiko Marketti xoşagəlməz halla üzləşib.

Sportinfo.az xəbər verir ki, o, 300 min avroluq Ferrari 812 Superfast markalı avtomobilinin yuyulması üçün avtoyumaya aparıb, özü isə məşqə gedib.

Avtomobil yuyulduqdan sonra işçilərdən biri onu Cenoa İdman Mərkəzinə aparmağa qərar verib.

Lakin həmin şəxs yolda idarəetməni itirib, enmə dayanacağına çırpılıb və parkovkada olan beş maşına toqquşub. Nəticədə 300 minlik "Ferrari" ciddi ziyan görüb.



Digər Xəbərlər
Xəbər Lenti