UEFA futbolumuzu maraqlandıran qərarı nə vaxt verəcək?

2 Dekabr 2020 20:00 Gündəm 412
UEFA futbolumuzu maraqlandıran qərarı nə vaxt verəcək?

AVRO-2020-nin oyunlarında tamaşaçıların olub-olmamasına gələn il qərar veriləcək.

Sportinfo.az xəbər verir ki, UEFA martda keçiriləcək toplantısında koronavirus pandemiyası səbəbindən tamaşaçıların tribunalara buraxılmasını müzakirə edərək qərarını açıqlayacaq.

Qurum üç variantdan birini seçməlidir. Qitənin 12 şəhərində təşkil olunacaq qarşılaşmalar ya tamaşaçılarla, ya boş tribunlar önündə, ya da məhdud sayda azarkeş önündə oynanılmalıdır.

UEFA martda bu variantlardan biri üzərində dayanacaq. Əgər məhdud sayda tamaşaçı sayına üstünlük verilsə, UEFA bu rəqəmi da müəyyənləşdirməlidir.

Koronavirusa görə 2020-ci ildən 2021-ci ilə təxirə salınan turnirin dörd oyunu Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu