Azərbaycanın məşhur məşqçisi beyin insultu keçirdi

2 Dekabr 2020 09:40 Gündəm 1 187
Azərbaycanın məşhur məşqçisi beyin insultu keçirdi

Üç həftədir koronavirusa yoluxan Qəhrəman Əliyevin qaldığı xəstəxana dəyişdirilib.

Sportinfo.az-ın məlumatına görə, o, modul tipli tibb müəssisəsindən özəl klinikalardan birinə aparılıb.

Buna səbəb virusun bədənində olan digər xəstəlikləri «oyatmasıdır». Beyin insultu keçirən və reanmisayiya yerləşdirilən mütəxəssisin sağlıq durumu orta-ağır qiymətləndirilir.

Q.Əliyev Premyer Liqada ən çox oryun keçirən 2 çalışdırıcıdan biridir. O, uzun illər iddialı komandaların sükanı arxasında dayanıb. «Viləş»i tarixində ilk dəfə avrokuboklara çıxarıb.

Masallı klubu onun rəhbərliyi altında iki dəfə UEFA İntertoto Kubokunda mübarizə aparıb. «Şəmkir»i Azərbaycan çempionu edən təcrübəli mütəxəssis sonradan «Masallı»nı Premyer Liqaya çıxarıb.

«Bakı»nın U-19 və əvəzedici komandasıyla qızıl medallar qazanıb. Hazırda əsas millinin şərəfini qoruyan Namiq Ələsgərov, Mahir Emreli və Şəhriyar Əliyev onun yetirməsi sayılır.

Digər Xəbərlər
Xəbər Lenti