İlham Əliyev Laçınla bağlı xalqı təbrik etdi

1 Dekabr 2020 12:10 Gündəm 660
İlham Əliyev Laçınla bağlı xalqı təbrik etdi

Məlum olduğu kimi, Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edərək bütün laçınlıları təbrik edib:

"Əziz həmvətənlər. Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Biz bir güllə atmadan Laçın rayonunu qaytardıq, düşməni buna məcbur etdik.

Biz ilk növbətə laçınlıları Laçına qaytaracağıq. Onları təbrik edirəm".

Digər Xəbərlər
Xəbər Lenti