Prezident sarayında Maradona ilə vida mərasimi keçirilir

26 Noyabr 2020 10:30 Gündəm 455
Prezident sarayında Maradona ilə vida mərasimi keçirilir

Bu gün dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona ilə vida mərasimi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, tədbir Maradonanın vətəni Argentinadakı Kasa Rosada prezident sarayında olacaq.

Mərasim Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Vidalaşmaq istəyənlərin qəbulu mərhum futbolçunun yaxınlarının istəyi ilə saat 16:00-da (Bakı vaxtı ilə 23:00) başa çatacaq. Hazırda sarayın qarşısında çoxlu sayda insan toplaşdığı qeyd olunub.

Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib. Onun ölümü ilə bağlı Argentinada üç günlük matəm elan edilib.

Digər Xəbərlər
Xəbər Lenti