Bizim futbolçular Türkiyədə, onlar da burada legioner sayılmasın - Danışıqlar gedir

26 Noyabr 2020 13:20 Gündəm 589
Bizim futbolçular Türkiyədə, onlar da burada legioner sayılmasın - Danışıqlar gedir

AFFA və Türkiyə Futbol Federasiyası (TFF) iki ölkə futbolçularının legioner statusu ilə oynamamaları üçün danışıqlar aparır.

Bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Türkiyə mətbuatına açıqlamasında bildirib.

E.Məmmədov deyib ki, hazırda bu yöndə danışıqlar davam edir. AFFA rəsmisi Türkiyədə yetişmiş futbolçuları Azərbaycan Premyer Liqasında daha çox görmək istədiklərini söyləyib:

"Hazırda çempionatımızda türkiyəli 2 futbolçu çıxış edir. "Başakşehir"dən icarə əsasında "Neftçi"yə keçən Mert Çelik Azərbaycan vətəndaşlığını aldıqdan sonra milli komandalarda çıxış etməyə başladı.

U-21-in heyətində qısa vaxtda olduqca uğurlu oyun sərgilədi və əsas yığmanın baş məşqçisi Canni De Byazinin diqqətini çəkdi.

Çelik yaxın vaxtlarda əsas komandanın əvəzolunmaz oyunçusu ola bilər. Ozan Can Kökçü isə "Sabah"ın formasını geyinir. Türkiyədə yetişmiş futbolçuları çempionatımızda daha çox görmək istəyirik.

Bu səbəbdən, son zamanlar AFFA və TFF olaraq, iki ölkə futbolçularının legioner statusunda oynamamaları üçün danışıqlarımız davam edir".

Hazırda Türkiyə Super Liqasında azərbaycanlı futbolçu çıxış etmir. Türkiyə I Liqasında isə yığma üzvü Araz Abdullayev "Boluspor"un formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti